Sumqayıt Neftçi yə qarşı

28.04.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında 32-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, 32-ci oyun həftəsinin son qarşılaşması Sumqayıtda baş tutacaq.

Şəhərin eyniadlı komandası "doğma divalar" arasında "Neftçi"ni qonaq edir. Qonaqlar səfərdən qələbə ilə dönəcəyi halda turnir cədvəlində bir pillə irəliləyərək "Şamaxı"nı ötərək 6-ci mövqeyə yüksələ bilər. Meydan sahibləri isə matçın nəticəsindən asılı olmayaraq öz yerində, daha dəqiq desək, 8-ci yerdə qalacaq.

Qeyd edək ki, oyunun start fiti saat 20:00-da səslənəcək.

Misli Premyer Liqası

IV dövrə, XXXII tur

20:00. "Sumqayıt" - "Neftçi"

Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью