Sumqayıt özbəkistanlı hücumçu transfer etdi RƏSMİ

19.02.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

2024/25 mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportal.az xəbər verir ki, "kimyaçılar" son olaraq Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb. 27 yaşlı hücumçu komandada “9” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub. Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью