“Sumqayıt” passivdir, “Şəfa” güclənir MPL də “transfer pəncərəsi”

26.07.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqası klubları yay transfer çalışmalarını davam etdirir.

Futbolpress.az-ın məlumatına görə, “pəncərə”nin bağlanmasına bir aydan çox vaxt qalmasına baxmayaraq, artıq klublar çalışmaları yekunlaşdırmaq üzrədir.

Transferlərdə ən passiv klub “Sumqayıt”dır. “Kimyaçılar” buna qədər cəmi iki oyunçunun keçidini reallaşdırıb. Baş məşqçi postuna portuqaliyalı Filipe Kandidonu gətirən “gənclik şəhəri” təmsilçisi ötən mövsüm icarə əsasında komandada çıxış edən Emil Mustafayevin transfer hüquqlarını alıb və portuqal qapıçı Ceymes Almeyda ilə güclənib.

Debütant “Şəfa” isə daha aktivlərdəndir. Son dönəmlərdə legioner transferləyilə gündəmə gələn bakılılar yeni mövsüm üçün stabil komanda formalaşdırmaq niyyətindədir.

Avrokuboklarda mübarizə aparan “Qarabağ”, “Sabah”, “Neftçi” və “Zirə” isə bir müddətdir, transfer fəaliyyətində susqundur.

Yay transfer dönəmində gələnlər olduğu kimi gedənlərin də sayı çoxdur. Xüsusilə “Qarabağ”dan Leandro Andrade, Toral Bayramov və Leandro Andradenin gedişi çempionatın ümumi dəyərinə təsir edib.

Misli Premyer Liqasının “transfermarkt”da ötən mövsüm dəyəri 136 milyon avro idisə, hazırda bu rəqəm 115 milyon avroya düşüb. Bu fonda çempionatda mübarizə aparan klubların da dəyərində eniş var. “Şəfa” isə legioner transferlərinə görə “bazar qiyməti”ni artırıb.

“Transfer pəncərəsi” sentyabrın 9-dək açıqdır. Klublarda gələnlərin və gedənlərin artacağı gözləniləndir. Premyer Liqanın əsas dəyəri isə məhz “pəncərə” qapanandan sonra daha dəqiq məlum olacaq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью