Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə qeydə alınıb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, 07:40-da Sumqayıtdan Bakıya yola düşməli olan qatar bir saat müddət keçməsinə baxmayaraq Sumqayıt stansiyasına gəlməyib.
Sərnişinlərin bildirdiyinə görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin "qaynar xətti"nə müraciət olunsa da, qatarın gecikmə səbəbi barədə məlumat verilməyib.