“Sumqayıt” portuqaliyalı məşqçi ilə razılığın əldə edilməsini təkzib etdi Klubdan ə AÇIQLAMA

08.06.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mətbuatda “İmişli” futbol klubunun portuqaliyalı baş məşqçisi Jorj Kaşkilyanın bölgə təmsilçisindən ayrıldığına dair iddialar yer alıb. Mütəxəssisin artıq Azərbaycanın digər klubu “Sumqayıt”la anlaşdığı bildirilir.

“Sumqayıt” futbol klubnunun mətbuat katibi Zaur Xudiyev İdman.Biz-ə verdiyi açıqlamada yayılan iddiaları təkzib edib.

“Mətbuatda “Sumqayıt”ın baş məşqçi postuna Jorj Kaşkilyanın, həmçinin digər məşqçilərin adı hallandırılır. Bildirmək istəyirəm ki, klubumuz hazırda heç bir baş məşqçi ilə anlaşmayıb. Tövsiyə edərdim ki, bu kimi məsələlərdə "Sumqayıt" Futbol Klubunun rəsmi açıqlamalarına istinad olsun. Yenilik olarsa, bu barədə rəsmi məlumat verəcəyik” - Zaur Xudiyev vurğulayıb.

Məlumat üçün əlavə edək ki, “Sumqayıt” ötən ay baş məşqçisi Saşa İliçlə yollarını ayırıb. 47 yaşlı serbiyalı mütəxəssislə başa çatan müqavilə yenilənməyib. O, ötən ilin iyul ayından komandaya rəhbərlik edirdi. “Sumqayıt” bu mövsüm Premyer Liqada 41 xalla 7-ci yeri tutub.

Şəhriyar Səmədov

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью