“Sumqayıt” Premyer Liqada 10 cu dəfə böyükhesablı qalibiyyət əldə etdi

11.03.2025

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

“Sumqayıt” Azərbaycan Premyer Liqası tarixində 10-cu dəfə böyükhesablı qələbə qazanıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXVI turda “Kəpəz”lə üv oyununa təsadüf edib.

Vaqif Cavadovun baş məşqçisi olduğu komanda 3:0 hesabı ilə qalib gəlib. “Gənclik şəhəri” təmsilçisi cari mövsüm çempionatda ilk dəfə böyükhesablı qalibiyyətə sevinib.

10 qələbədən 6-sı evdə, 4-ü səfərdə qeydə alınıb. “Sumqayıt” sonuncu böyükhesablı qələbəsini 2024-cü il aprelin 19-da qazanmışdı. Komanda səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu, həm də Cavadovun baş məşqçi kimi Premyer Liqada ilk böyükhesablı qələbəsi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью