“Sumqayıt” Premyer Liqada 75 ci ev qələbəsini əldə etdi

20.10.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sumqayıt” Premyer Liqada 75-ci ev qələbəsini qazanıb.

İdman.Biz PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi buna 223-cü matçında nail olub.

Bu, Misli Premyer Liqasının VIII turuna təsadüf edib. Sumqayıtın eyniadlı klubu öz meydanında “Karvan-Yevlax”ı üstələyib – 4:1.

İlk ev qələbəsi 2011/2012 mövsümünə təsadüf edən komanda 2011-ci il oktyabrın 30-da AZAL-a 2:1 hesabı ilə qalib gəlib. “Sumqayıt” ölkə çempionatlarının yüksək dəstəsində 75 və daha çox qələbə qazanan 12-ci komandadır.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью