Sumqayıt Premyer Liqanın XXIX turunda İmişli ni məğlub edib

25.04.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasında XXIX tura start verilib.

BAKU.WS xəbər verir ki, turun açılış matçında "İmişli" "Sumqayıt"ı qəbul edib.

Quba Olimpiya İdman Kompleksində keçirilən görüş, Sumqayıt komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aleksandr Ramalinqom 34 və 85-ci dəqiqədə fərqlənməklə dubla imza atıb. Bu nəticədən sonra "Sumqayıt" 38 xalla 7-ci pillədə yer alıb. 9-cu yerdə olan "İmişli"nin isə 29 xalı var.

Qeyd edək ki, XXIX tura aprelin 27-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью