“Sumqayıt” “Qarabağ”la oyunun hakimindən şikayət edəcək

22.11.2025

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sumqayıt” Premyer Liqanın XII turunun “Qarabağ”la oyununun hakimi Fərid Hacıyevdən AFFA-ya şikayət edəcək.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev “Futbolpress.az“a açıqlamasında bildirdi. O, oyunun idarəçiliyindən narazı qaldıqlarını və ikinci hissədə müdafiəçi Rayan Senhaciyə verilən ikinci sarı+qırmızı vərəqnin əsassız olduğunu qeyd etdi.

“Sumqayıt” “Qarabağ”a 2:4 hesabıyla uduzub.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью