Sumqayıt Qəbələ ilə bərabərə qaldı

07.08.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün "Sumqayıt" və "Qəbələ" yoxlama oyunu keçirib.

QOL.az xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.

Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. 

"Qəbələ"nin heyətində qolları Murad Musayev və İbrahim Sanqare vurublar. "Sumqayıt"da isə Roi Kehat və Aleksandr Ramalinqom fərqləniblər. 

Qeyd edək ki, yay hazırlıq toplanışında "Qəbələ" daha əvvəl "Şamaxı" (2:1), "Kəpəz" (2:0) və "Sumqayıt" (1:0) ilə qarşılaşıb.  "Sumqayıt" isə "İmişli" ilə 0:0 hesablı heç-heçə edib, "Kəpəz"ə qalib gəlib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью