Sumqayıt qış planını açıqladı

24.12.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Sumqayıt”ın qış hazırlıq planı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, yanvarın 5-də Sumqayıtda toplanacaq komandanın hazırlıqları “Kapital Bank Arena”da olacaq.
Vaqif Cavadovun komandası bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. 10 və ya 11 yanvar tarixində keçiriləcək qarşılaşmada rəqibin kimliyi barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, “Sumqayıt” 3-cü dövrənin ilk qarşılaşmasını yanvarın 18-də evdə “Səbail”ə qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью