Sumqayıt qış təlimməşq toplanışında 1 yoxlama görüşü keçirəcək

24.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

“Sumqayıt” qış təlim-məşq toplanışında 1 yoxlama görüşü keçirəcək.

"Report" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi yanvarın 5-də Sumqayıtda toplanacaq və hazırlıq prosesi “Kapital Bank Arena”da baş tutacaq.

Vaqif Cavadovun rəhbərlik etdiyi kollektiv bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 10-11-də keçiriləcək qarşılaşmadakı rəqibin kimliyi məlum deyil.

Qeyd edək ki, “Sumqayıt” III dövrənin ilk qarşılaşmasını yanvarın 18-də evdə “Səbail”ə qarşı keçirəcək.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью