Sumqayıt Sabah a qarşı

20.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının 12-ci turunun ilk oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Sabah"ı qonaq edir.

İlk dövrədə 10 xal torplayan meydan sahibləri (bir oyun təxirə salınıb) dövrələrarası fasiləyə 10-cu yerdə yollanıb. Aktivində 21 xal olan qonaqlar isə (bir oyun az keçirib) tunir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qonu da bildirək ki, "Sumqayıt" cari mövsümdə ilk dəfə rəqibini Mehdi Hüseynzadə adına arenada qəbul edəcək.

Qeyd edək ki, turun digər oyunları sabah və bazar günü keçiriləcək.

Misli Premyer Liqası

II dövrə, XII tur

19:00. "Sumqayıt" - "Sabah"

Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью