“Sumqayıt” “Sabah” matçına doğru: zədəli futbolçular var

29.03.2025

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının 28-ci turunda “Sumqayıt” doğma meydanda “Sabah”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, matça hər iki komanda itkilərlə çıxacaq. “Kimyaçılar”ın heyətində İsa Suliman və Giorgi Karaişvili zədə səbəbindən oynaya bilməyəcək. Digər zədəli futbolçu Xəyal Fərzullayevin isə oynayıb-oynamayacağı bəlli deyil.

“Sabah” isə görüşdə yalnız Amin Seydiyevin xidmətindən yararlana bilməyəcək. İstanbulda əməliyyat olunan futbolçu uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

“Sumqayıt” – “Sabah” matçı bu axşam saat 19:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью