“Sumqayıt” “Sabah” oyunun biletləri satışda

16.11.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

20 noyabr tarixində saat 19:00-da baş tutacaq "Sumqayıt" - "Sabah" matçının biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 15:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündür.

Qeyd edək ki, ilkin mərhələdə 4-12-ci sektor arası biletlər satışa çıxarılıb. Zərurət yaranacağı halda digər sektorlar da satışa çıxarılacaq. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.

Bilet almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz 


https://iticket.az/events/sport/sumqayit-fk-sabah-fk202612

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью