Sumqayıt Sabahı məğlub etdi

04.11.2024

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının XII turunda "Sumqayıt" doğma meydanda "Sabah"ı məğlub edib.

Manset.az xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirilən matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+4-cü dəqiqədə Roy Kehat vurub.

Bu nəticədən sonra xallarının sayını 10-a yüksəldən "Sumqayıt" yeddinci pillədə qərarlaşıb. "Sabah" isə 17 xalla beşincidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" evdə "Araz-Naxçıvan"a uduzub - 0:1. "Turan-Tovuz" - "Qarabağ" matçında qol vurulmayıb. "Zirə" səfərdə "Şamaxı"nı məğlub edib - 2:0. "Kəpəz" isə "Səbail" üzərində qələbə qazanıb - 1:0.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью