Sumqayıt sakinini aldadıb 12 min aldılar

13.12.2024

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər tutulub.

“Qafqazinfo” DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Nəsimi rayonunda keçirilən tədbirlərlə bir qadının 1500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı S.Qubadlı saxlanılıb.

Sumqayıt polisinin keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfərin 12 000, digər şəxsin isə 1500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 51 yaşlı M.Bəylərov və 30 yaşlı E.Həsənov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью