Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az agentliyə istinadən xəbər verir ki, bu barədə Qananın Ticarət, Aqrobiznes və Sənaye Nazirliyinin baş direktoru və inzibati rəhbəri Noah Tumfonun rəhbərlik etdiyi nümayəndə heyətinin Parka səfəri zamanı məlumat verilib.
Qonaqlara məlumat verilib ki, Parkda 46 rezident qeydiyyatdan keçib. İstehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də "Made in Azerbaijan" brendi altında Türkiyə, Rusiya, Ukrayna, Belarusiya, Çin, Bolqarıstan, Rumıniya, Polşa, Hollandiya, İtaliya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, Yaponiya, ABŞ, Kanada və s. ölkələrə ixrac olunur.