Sumqayıt sakinlərinin DİQQƏTİNƏ: Bu gün saat 11:30 dan..

24.07.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıtda 1700 abonentin qazı kəsiləcək.
Azəriqaz İB Sumqayıt QİS-dən Bizim.Media-ya bildirilib ki, Stansiya Sumqayıt qəsəbəsində qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 

Belə ki, diametri 76 millimetr olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.


Bununla əlaqədar, bu gün saat 11:30-dan etibarən 1 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi bildirilir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью