Sumqayıt sakinlərinin NƏZƏRİNƏ!

24.07.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıtda 1700 abonentin qazı kəsiləcək.

Azəriqaz İB Sumqayıt QİS-dən Bakıvaxtı.az-a bildirilib ki, Stansiya Sumqayıt qəsəbəsində qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Belə ki, diametri 76 millimetr olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar, bu gün saat 11:30-dan etibarən 1 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью