Sumqayıt Şamaxı ilə oyuna neçə itki ilə çıxacaq? AÇIQLAMA

20.11.2024

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının 14-cü turunda "Şamaxı"nı qəbul edəcək "Sumqayıt" oyuna tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "gənclik şəhəri" təmsilçisinin sözçüsü Zaur Xudiyev deyib:

"Cəzalı futbolçumuz yoxdur. İsa Suliman və Fernando Medeiros isə zədə səbəbindən "Şamaxı"ya qarşı oynaya bilməyəcəklər". 

Qeyd edək ki, noyabrın 24-də keçiriləcək  "Sumqayıt" - "Şamaxı" matçının start fiti 19:00-da səsləndiriləcək.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью