“Sumqayıt” “Şamaxı” matçına doğru: cəzalı yoxdu, zədəlilər var

12.04.2025

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XXX turunda “Sumqayıt” doğma meydanda “Şamaxı”nı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komanda matça itkilərlə çıxacaq. İsa Suliman və Giorgi Karaişvili zədə səbəbindən matçı buraxacaq. Qonaqlar da görüşə itkilərlə hazırlaşıb.

Leroy Mikels və Rafael Məhərrəmli zədə səbəbindən görüşü kənardan izləyəcək. Hər iki komandanın heyətində də cəzalı futbolçu yoxdur.

“Sumqayıt” – “Şamaxı” bu axşam saat 19:15-də start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью