Sumqayıt Şamaxı matçına giriş biletsiz olacaq

19.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının 14-cü turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Şamaxı" matçına giriş biletsiz olacaq.

Milli.Az xəbər verir ki, bu barədə Sumqayıt klubunun sosial şəbəkə hesabında məlumat paylaşılıb. Müraciətdə, şəhərin 75 illik yubileyi münasibətilə azarkeşlərə çağırış edilib: "Əziz "Sumqayıt" azarkeşi! Gəlin, şəhərimizin 75 illiyini birlikdə qələbəmizlə qeyd edək!"

Qarşılaşma noyabrın 24-də saat 19:00-da başlayacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью