Sumqayıt Şamaxı matçının biletləri satışda

09.04.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının 30-cu turu çərçivəsində 12 aprel, saat 19:15-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Şamaxı" qarşılaşmasının biletləri artıq satışdadır.

Sportal.az xəbər verir ki, biletləri iTicket.az saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyun günü isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz. 

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır. 

iTicket.az saytından Birbank Cashback Mastercard kartları ilə alınmış biletlərə 30% keşbek tətbiq ediləcək.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью