Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bir müddət əvvəl Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən yeni körpünün yanaşma yollarının genişləndirilməsi işlərinə başlanılıb.
Təmirin nə vaxt başa çatacağı, layihənin nəticələri və nəqliyyat axınına təsiri isə son günlərin əsas müzakirə mövzularındandır.Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bakupost.az -a bildirib ki, qəzalı vəziyyətdə olan köhnə körpü sökülərək 3 ay ərzində ərazidə yeni 4 hərəkət zolaqlı körpü inşa olunub və istifadəyə verilib:“Təbii ki, orada yanaşma yollarının da yenidən qurulmasına ehtiyac var idi.
Çünki yanaşma yolları iki hərəkət zolaqlı olduğuna görə müəyyən problemlər yaranırdı.
Xüsusilə də körpüyə daxil olanda və çıxış zamanı çətinliklər müşahidə olunurdu.
Bununla bağlı biz körpünün inşası zamanı təkliflər hazırladıq və aidiyyəti üzrə təqdim etdik ki, yanaşma yollarının da iki hərəkət zolağından dörd hərəkət zolağına genişləndirilməsi zəruridir”.A.Nəcəflinin sözlərinə görə, yanaşma yollarının genişləndirilməsi davam etdirilir və yaxın aylarda tam başa çatdırılması planlaşdırılır: “Artıq bir müddətdir həmin təkliflər qəbul olunub, ilkin maliyyə vəsaiti ayrılıb və yanaşma yollarının genişləndirilməsi işlərinə başlanılıb.
Hazırda orada svay işləri həyata keçirilir, istinad divarlarının inşası aparılır.
Bu işlər tam yekunlaşandan sonra yolun torpaq yatağında yol əsasının tikintisi və asfaltlanma işləri də tərəfimizdən icra olunacaq.