Sumqayıt səfərdə böyük hesabla qələbə qazandı

23.05.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasında sonuncu - XXXVI turunda "Sumqayıt" "Səbail"ə qalib gəlib.

"Ölkə.az" xəbər verir ki, “ASCO Arena”dakı qarşılaşmada qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.

Meydan sahiblərinin heyətində Suleyman Alluş (21) fərqlənib. "Gənclik şəhəri" təmsilçisinin qollarını isə Sərdar Taşkın (28), Giorgi Karaişvili (pen-59), Ronaldo Vaskes (79) və Roy Kehat (90+1) vurublar.

22 xalla sonuncu - onuncu pillədə qərarlaşan Bakı klubunun I Liqaya düşəcəyi dəqiqləşib. "Sumqayıt" 33 xalla səkkizincidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью