Sumqayıt səfərdən əlidolu qayıdır

04.03.2025

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Basketbol Liqasının XVI turunda "Sumqayıt" "Lənkəran"a qalib gəlib. Sport24.az xəbər verir ki, B qrupunun oyunu Lənkəran Olimpiya İdman Kompleksində keçirilib.

Qarşılaşma qonaqların 88:83 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"ı 114:70, "Sabah" isə "Sərhədçi"ni 89:73 hesabı ilə məğlub edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью