Sumqayıt Şəhər 4 nömrəli Xəstəxanaya baş həkim TƏYİNATI

24.11.2024

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub.

4 nömrəli xəstəxananın baş həkimi vəzifəsinə Bahadır Mahmudov təyin olunub.

STM-in direktor müavini Ramin Qasımov yeni baş həkimi xəstəxananın kollektivinə təqdim edib.

Qeyd edək ki, B.Mahmudov bu təyinatadək 3 nömrəli xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Məlumatı Sumqayıt Tibb Mərkəzindən təsdiqləyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью