Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Sumqayıt Şəhər İcra Hakimiyyəti məişət tullantılarının yerləşdirilməsi üçün müasir tipli plastik konteynerlərin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “İSE Management” MMC seçilib. Şirkətlə bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 396 716 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “İSE Management” MMC 2018-ci ildə qeydiyyata alınıb. Şirkət yaradılarkən onun nizamnamə kapitalı 100 manat olub. Sonrakı dövrdə bu məbləğ 80 278 manata qədər artırılıb.
2026-cı ilin oktyabrında şirkətin nizamnamə kapitalı 415 278 manata çatıb. Növbəti ay isə bu məbləğ 87 178 manata qədər azaldılıb.
“İSE Management” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 71, mənzil 3-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əliyev Emil İsrafil oğludur.
Açıq mənbələrdə Emil Əliyev haqqında hər hansı məlumata rast gəlinmir.
Seyid