Sumqayıt şəhər xəstəxanasında nə baş verir? ŞİKAYƏT

29.01.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Sumqayıt Tibb Mərkəzinin nəzdində 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib.

Rəsmi məlumata görə, Mətləb Musayev öz ərizəsi ilə 09.01.2026-cı il tarixində Mərkəzin direktoru Elnur Azadxanovun Əmri ilə tutduğu baş həkim vəzifəsindən azad olunub. O, ixtisasına uyğun olaraq Urologiya şöbəsində həkim-uroloq vəzifəsinə keçirilib.

Redaksiyamızın əldə etdiyi məlumata görə, baş həkimin işdən çıxarılmasına səbəb xəstəxananın cərrahlarından tərəfindən həyata keçirilən əməliyyat zamanı yalnışlığa yol verilməsi olub. Belə ki, həmin cərrahın xəstənin öd kisəsinin əməliyyatı zamanı qaraciyəri zədələdiyi bildirilir.

Qeyd edək ki, həmin xəstəxanadakı mövcud acınacaqlı durumun bununla da bitmir. Xatırladaq ki, bir neçə il öncə, təmirdən sonra açılışı olan xəstəxanada son vaxtlar kommunal təchizatla bağlı ağır vəziyyət hökm sürür.

Hazıda qış fəsli olmasına baxmayaraq, xəstəxananın bəzi şöbələrində istilik təchizatı sistemində ciddi problemlər var. Belə ki, bu gün xəstəxanada mövcud radiatorların bəzilərinin işlək vəziyyətdə olmamasından nəinki pasientlər soyuq otaqlarda yatmalı olur, həmçinin tibbi personal da şəraitisiz bir mühitdə çalışmaq məcburiyyətində qalırlar.

Eyni zamanda, adıçəkilən xəstəxananın yalnız geyinmə otağında deyil, eləcə də dəhliz və digər otaqlarında belə işıqlandırma ilə də bağlı ciddi probemlər var.

Bildirək ki, bu ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard 24,3 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu vəsait 2025-ci illə müqayisədə 30,7 milyon manat (və ya 1,5%) çoxdur.

Ümumiyyətlə, Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait əsasən icbari tibbi sığorta sisteminin, eləcə də xəstəxanaların maliyyələşdirilməsi, dövlət proqramlarının icrası, dərman təchizatı və tibbi xidmətlərin yaxşılaşdırılmasına xərclənir.

Yəni hər il səhiyyəyə ayrılan vəsaitin həcmi artırılır ki, mövcud səhiyyə ocaqları həmin vəsaitdən doğru yararlanmalıdır. Sözügedən xəstəxanada mövcud problemlərin həlli də oradakı xəstələrin daha yaxşı şəraitdə sağlamlığına qovuşmasına imkan verər.    

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью