Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sumqayıt şəhər sakinləri narahatdır. Bu gün səhər yenə hər yeri tüstü bürüyüb.
Sumqayit24.az-a müraciət edən sakinlərin sözlərinə görə, səhər saatlarından etibarən ətrafı qatı tüstü və kəskin qoxu bürüyüb:
"Üfunətə görə pəncərəni aça, evdən çıxa bilmirik. Çox güman ki, yenə zavodlar havaya "qazovka" buraxır, insanları zəhərləyirlər. Dəfələlərlə qurumlara ünvanlanan şikayətlərə, sosial mediada məsələnin işıqlandırılmasına baxmayaraq, bu müəssisələr öz işlərindən qalımırlar".