Sumqayıt səhnəsində “Sehrli yaylıq”

20.05.2025

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt Dövlət Dram Teatrında yazıçı Kərim Həsənovun “Sehrli Yaylıq” əsəri əsasında eyniadlı birhissəli uşaq tamaşasının təqdimatı olub.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Zaur Rəşidov, xareoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayevadır.

Tamaşa balaca teatrsevərlərə ətraf mühitə qayğı ilə yanaşmağı, ev işlərində valideynlərinə kömək etməyi, dərslərini yaxşı oxumağı, dövlətinə , millətinə yararlı vətəndaş olmaq hisslərini aşılayır.

Tamaşada rolları Əməkdar artistlər Sədaqət Nuriyeva, Elmira Kərimova, aktyorlar Sevda Cəlilova, Vəfa Qurbanova, Rövşən Əsgərov, Ceyhun Məhərrəmov, Şəhla Məmmədova, Şəmistan Süleymanlı, Elay Xasıyev, İlahə Səfərova, Elmir Mehdiyev, Kamran Muradlı, Məryəm Hüseynli və başqaları ifa edirlər.

F.SALMANOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью