Sumqayıt Sənaye Parkında yeni şirkət 110 milyon kisə istehsal ediləcək

27.11.2026

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 “Aztech Packing” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
Şirkət tərəfindən Sənaye Parkında çoxqatlı klapanlı kraft-kağız kisələrin istehsalı layihəsi həyata keçiriləcək.

 Layihəyə 40 milyon manatdan çox investisiya yatırılması nəzərdə tutulur.

Müəssisədə ildə 110 milyon kisə istehsalı planlaşdırılır.

Hazırda Sumqayıt Sənaye Parkında 46 rezident qeydiyyatdan keçib.

 Rezidentlər tərəfindən sənaye parkına indiyədək 5,6 milyard manatdan çox investisiya yatırılıb və 6400-dən çox daimi iş yeri yaradılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью