Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sumqayıt təhsil müəssisələri, xüsusən orta məktəbləri bərbad durumdadır. İnsanlar övlad oxutdurmaqla yanaşı müəllimənin doğum günü, 8 mart hədiyyəsi üçün , müəllimlər günü üçün xüsusi hədiyyə kimi bəhanələr və digər bəhanələrlə pul yığma strategiyasına son verilmir.Nə qədər davam edəcək? Daha nə qədər səs yazısı ortaya çıkmalıdır ki, Təhsil Naziri səhvlərini etiraf edib, təhsildə korrupsiyaya son qoysun?!
Sumqayıtda 5 nömrəli məktəbin kasıb valideyinlər beziblər hər dəfə pul yığılma söhbətindən. Bu hal Sumqayıtdakı əksər məktəblərdə belədir, mən sadəcə birini misal göstərirəm. Nəzərə alsaq ki, Sumqayıt fəhlə şəhəridir əksər əhalisi ya orta ya da ortadan aşağı səviyyədə yaşayanlardır bu insanlar əziyyət çəkirlər. Bu toplumda, uşaqlarda , valideyinlərdə aqressiyanın olmasının səbəbi də belə hadisələrdir. Valideyin utanmamaq digərindən geri qalmamaq üçün məcbur qalıb borclanır.
Rəşad Quliyev