Sumqayıt tərəfdaşlıq müqaviləsi imzaladı

25.07.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sumqayıt" Futbol Klubu ilə "VOLT GROUP" MMC-nin "Rox" brendi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Sport24.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan tədbirdə klubumuzun prezidenti Riad Rəfiyev və adıçəkilən şirkətin həmtəsisçisi və direktoru Emin Əsgərov iştirak ediblər.

Müqaviləyə əsasən, "Rox" brendinə məxsus tanınma nişanları "Sumqayıt" Futbol Klubunun oyun geyimlərində, ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda və klubun rəsmi media hesablarında yerləşdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью