Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ: 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmas…
Sitat.info saytına istinadən Icma.az xəbər verir. Sumqayıtın səhiyyəsi son bir ildə məhv olub. Bəli, tam olaraq bir ildə.
Cəlilabad Rayon Xəstəxanasından Sumqayıt Tibb Mərkəzinə qəfil transfer edilən Elnur Azadxanov vəzifəsinin icrasına başladığı ilk gündən bu günə qədər şəhərin tibbi xidmətini reanimasiyalıq edib.
Azadxanov təyin ediləndən insanlar nə normal tibbi xidmət görür, nə də müalicə.
Sumqayıt şəhərinin demək olar ki, bütün dövlət tibb müəssisələri acınacaqlı gündədir.
Hətta sakinlər icbari tibbi sığortadan da istifadə edə bilmir. Bu prosesin bir neçəsinin özüm şahidi olmuşam.
İndi onları bir-bir sadalayacağam. Əgər ehtiyac olarsa, faktları, sənədləri də təqdim edəcəyəm. Deməli belə.
Təxminən 6 ay öncə bir tanış gənc oğlan həyətində iş görərkən ehtiyatsızlıqdan hündürlükdən yıxıldı, ayağı bud hissədən sındı.
Təcili yardım tapa bilmədiyimiz üçün xəstəni şəxsi avtomobilimizlə Sumqayıt Tibb Mərkəzinin tabeliyində, lap 5 metrliyində olan Təcili Tibbi Yardım Xəstəxanasına çatdırdıq.
Tam oxu
Xəbəri oxu