Sumqayıt Tibb Mərkəzində hamilələrdən daun sindromu analizi götürülür | Icma.az
Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Xəstəxananın Doğum şöbəsinə 2004-cü il təvəllüdlü şəxs müraciət edib.
25 həftəlik hamiləlik səbəbilə müraciət edən şəxsə tək döl, dölün bətndaxili inkişaf qüsuru diaqnozu təyin edilən pasiyent üzərində diaqnostik amniosentez proseduru icra edilib."Medicina" xəbər verir ki,prosedur Doğum şöbəsinin həkim mama-ginekoloqu Nərgiz Nağıyeva tərəfindən uğurla icra olunub.
Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan pasiyent ambulator müalicə üçün evə buraxılıb.Qeyd edək ki, amniosentez i
Ultrasəs altında iynənin hərəkətlərini görməklə həyata keçirilir və məqsəd körpənin genetik xəstəliklərini aşkar etməkdir.
Alınan maye körpənin hüceyrələrini ehtiva edir. Bu mayedən hər cür genetik müayinələr etmək mümkündür.
Bunlarla yanaşı körpəyə təsir edə biləcək infeksiya şübhəsi olduqda da amniosentez aparılaraq və körpədə infeksiya olub-olmadığı araşdırılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu