Sumqayıt üçün əlamətdar oyun

17.03.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XXVII turunun “Turan Tovuz”la oyunu “Sumqayıt” üçün əlamətdar olub. 

Fanat.Az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Premyer Liqada 400-cü qolu vurub.

2:1 hesabı ilə qalib gələn qonaqların ikinci qolu yubiley xarakteri daşıyıb. Bu topun müəllifi 64-cü dəqiqədə fərqlənən Bobir Abdixolikov olub.

“Sumqayıt” Azərbaycan çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komanda olub.

Sumqayıtın eyniadlı təmsilçisi “400”ə 427-ci oyunda çatıb. Bu qollrdan 210-u ev, 190-ı səfər matçlarında vurulub.

Qeyd edək ki, “Sumqayıt”ın Premyer Liqadakı 1-ci qolunu Eşqin Quliyev 2011/12 mövsümündə vurub. O, 2011-ci il avqustun 6-da "Xəzər Lənkəran”la səfər matçında (1:2) fərqlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью