“Sumqayıt” Vaqif Cavadovla müqaviləyə xitam verib

12.05.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


“Sumqayıt” məşqçi Vaqif Cavadovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
Məlumatda qeyd olunub ki, V. Cavadov bundan sonra klubun komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək. 
Qeyd edək ki, Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komanda 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью