Sumqayıt Vaqif Cavadovla yollarını ayırdı

12.05.2025

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.

"Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə, qərar 35 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında bu gün baş tutan iclasdan sonra qəbul edilib.

Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. O, bundan sonra klubun aşağı yaş qruplarından ibarət komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Vaqif Cavadovla ötən il 2,5 illik müqavilə imzalanmışdı.

"Sumqayıt" son olaraq Misli Premyer Liqasının XXXIV turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub. Komanda hazırda turnir cədvəlində 30 xalla doqquzuncu sırada yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью