Sumqayıt və Abşeronda 26 min manatlıq oğurluq edildi

10.01.2025

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Sumqayıt şəhəri və Abşeron rayonunda oğurluq edən 3 nəfər saxlanılıb.

Sfera.az DİN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində yerləşən ev və obyektdən oğurluq edilməsi, nəticədə zərərçəkənlərə 26 min manatdan artıq maddi ziyanın vurulması barədə polisə məlumatlar daxil olub.

Keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 36 yaşlı E.Sefiyev, 28 yaşlı F.Əlizadə və 32 yaşlı N.Abdullazadə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью