Sumqayıt və ArazNaxçıvan yoxlama matçında qarşılaşacaqlar

09.01.2025

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqası təmsilçiləri "Sumqayıt" və "Araz-Naxçıvan" bu gün yoxlama matçında qarşılaşacaqlar.

"Report" xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 15:00-da səsləndiriləcək.

Qeyd edək ki, "Sumqayıt" hazırda turnir cədvəlində 20 xalla 6-cı pillədə qərarlaşıb. "Araz-Naxçıvan" isə 39 xalla ikincidir.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью