Sumqayıt və Lənkəranda güzəştli mənzillər 35 saniyəyə satıldı

06.12.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı başa çatıb.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, mənzillər 35 saniyə müddətində satılıb.

Qeyd edək ki, bugünkü satış zamanı 544 mənzilin seçimində iştirak edənlərin sayı 4 176 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 544 mənzilin 228-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью