Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Sumqayıt” baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.
Futbolpress.az-ın məlumatına görə, mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Qərar bu gün rəsmən açıqlanacaq.
“Sumqayıt” dünən Premyer Liqanın XXXIV turunda “Kəpəz”ə uduzub – 0:1. Matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Cavadov rəhbərliyə qarşı narazı ifadələr səsləndirib.
“Sumqayıt” çempionatda 30 xalla 9-cu sıradadır.
“Sumqayıt”ın mütəxəssisin rəhbərliyi altında 28 oyunda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 15 dəfə uduzub.