Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Bu gün Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasında əlbəyaxa dava baş verib.
Axar.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Sumqayıt Tibb Mərkəzindən Axar.az-a hadisəni təsdiqləyiblər.
“Sosial şəbəkələrdə yayılan və Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində qeydə alınan görüntülərdə əks olunan mübahisə iki şəxs arasında şəxsi münasibətlər zəminində yaranıb. Hadisə tibbi xidmətin təşkilinə təsir göstərməyib”, - açıqlamada qeyd olunub.