Sumqayıt XXI əsrin antirekorduna imza atıb

28.04.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sumqayıt” Misli Premyer Liqasının 2025/26 mövsümündə 5-ci dəfə penaltidən yararlanmayıb.

Apasport.az xəbər verir ki, XXIX turun “İmişli” ilə səfər görüşündə (2:0) Nikola Ninkoviç 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib.

“Gənclik şəhəri” təmsilçisi mövsümdəki 8 belə imkanın yalnız üçünü qola çevirib.

Bir komandanın mövsümdə 5 penaltidən yararlanmaması turnirdə XXI əsrin antirekordudur. 2001-2026-cı illərdə üç dəfə bir komanda mövsüm ərzində 4 imkanı qaçırıb. “Şəfa” 2001/02 mövsümündə 5, “Qarabağ” 2020/21, “Sabah” isə 2022/23 mövsümündə eyni sayda – 9 imkandan dördündən istifadə edə bilməyib. “İmişli” ilə görüşədək bu antirekordun şəriki olan “Sumqayıt” artıq həmin üç komandanı da “geridə qoyub”.

Qeyd edək ki, ümumilikdə cari mövsümdə təyin olunan 60 penaltidən 48-i qolla nəticələnib. Bu zərbələrdən istifadə faizi 80-ə bərabərdir.

50-ci səfər qələbəsi Timoteuş Puxaç: “Hakimin qərarını haqlı hesab edirəm” Azərbaycan millisi dünya reytinqində lider oldu Dambrauskas təmkinlidir: "Yolumuza davam edirik" Füzuli Məmmədov: "Sabah"a qarşı oynamaq çox çətindir"
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью