futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Müdafəçi Danilo Beskorovoyni və yarımmüdafiəçi Emil Mustafayev “Sumqayıt”dan ayrılacaq.
Futbolpress.az-ın əldə etdiyi məlumata görə, icarə əsasında “kimyaçılar”da çıxış edən hər iki futbolçunun transfer hüquqları alınmayacaq.
Danilo və Emil müqavilə ilə məxsus olduğu Ukraynanın “Polissya” klubuna qayıdacaq.
Hər iki oyunçu “Sumqayıt” formasıyla Premyer Liqada 11 matça çıxıb.