Sumqayıt yeni basketbolçu transfer edib

27.12.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sumqayıt” heyətini yeni basketbolçu ilə gücləndirib.

"Gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ABŞ-dən olan oyunqurucusu Eli Lourens heyətə cəlb edilib.

194 sm boya malik basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

24 yaşlı oyunçu karyerasına 2019-cu ildə “Middle Tennessee Blue Raiders” klubunda başlayıb və 2023-cü ilə qədər bu komandada oynayıb.

Onun son klubu “Texas A&M Aggies” klubu olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью