“Sumqayıt” yeni oyunçu transfer edib, “Neftçi” isə amerikalı basketbolçu ilə vidalaşıb AZƏRTAC

28.11.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 28 noyabr, AZƏRTAC

"Sumqayıt" basketbol komandası yeni oyunçu transfer edib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, “kimyaçılar” amerikalı oyunqurucu Demetrius Antonio Kortres Leyki heyətinə cəlb edib. O, son olaraq Belarusun "Borisfen" klubunun formasını geyinib.

25 yaşlı basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

"Neftçi" komandası isə ABŞ-dan basketbolçu Kevion Bleylok ilə yollarını ayırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью