“Sumqayıt” yeni qapıçı transfer etdi

04.07.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026/27-ci illər mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” FK növbəti futbolçu keçidini reallaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, komanda Portuqaliyanın “Pasuş Fereyra” klubunda çıxış etmiş Jeymes Almeyda ilə 2+1 illik müqavilə imzalayıb.

25 yaşlı qapıçı “1” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Jeymes Almeyda Braziliyanın “Santos” klubunun yetirməsidir. Qapıçı karyerası ərzində Portuqaliyanın “Pasuş Fereyra” və “Montaleqre” klublarında çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью